تبليغاتX
سئوینج sevinc
 
 
  نوشته شده در  یکشنبه پانزدهم دی 1387ساعت 17:39  توسط سئوینج  | 

MİR CƏLAL PAŞAYEVİN HƏYATA GÖZ AÇDIĞI ƏNDƏBİL KƏNDİNİN MEŞƏSİ 

  نوشته شده در  یکشنبه پانزدهم دی 1387ساعت 0:25  توسط سئوینج  | 

GƏNCƏ ŞƏHƏRİ-CAVAD XANIN MƏQBƏRƏSİ

  نوشته شده در  شنبه چهاردهم دی 1387ساعت 23:45  توسط سئوینج  | 

NİZAMİNİN MƏQBƏRƏSİ

  نوشته شده در  شنبه چهاردهم دی 1387ساعت 23:33  توسط سئوینج  | 

 

GƏNCƏ ŞƏHƏRİ-ŞAH ABBAS MƏSCİDİ

  نوشته شده در  شنبه چهاردهم دی 1387ساعت 23:18  توسط سئوینج  | 

‌BÖYÜK ALİM VƏ YAZIÇI MİR CƏLAL PAŞAYEVİN XALÇA ÜZƏRİNDƏ ŞƏKİLİ

  نوشته شده در  شنبه چهاردهم دی 1387ساعت 23:7  توسط سئوینج  | 
Alim və bacarıqlı vətənpərvərlər becərən ev(MİR CƏLAL PAŞAYEVİN EV MUZEYİ )
  نوشته شده در  شنبه چهاردهم دی 1387ساعت 21:37  توسط سئوینج  | 
Boş Güldan (Səslı nağıl (MP3) سسلی ناغيل )

Çox keçmiş zamanda Çin ölkəsində Ping adında bir oğlan var idi . O gülləri çox sevərdi. O hərnə əksəydi, gül ya ağac, goyərərdi, elə bıl mö`cüzə idi!

O ölkədə hamı gülləri sevərdi və hər yerdə güllərin iyi havanı ətirləndirirdi.


O ölkənın padşahıda quşları və heyvanları sevərdi, amma hamıdan çox o gülləri sevərdi və oz baxcasına hər gun gedərdi.

Amma o şah çox qoca idi və istəyirdi ozundən sonraya bir şah seçsin. O bütün uşağlara dedi ki gəlsinlər onun sarayına ,çünki hər üşağa bir məxsus toxum verəcək.

Padşah deyirdi: "Hər kəs bir ildən sonra lap yaxşı gülü gətirsə o məndən sonra şah olacaq".

Bu xəbər ölkənin uşağların çox sevindirdi və üşağlar sevinə sevinə gedirdilər saraya ki padşahdan gül toxumu alsınlar.

Ondaki Ping padşahdan öz toxumun aldı o uşağların hamısından çox sevinirdi. O əmın idi ki o ən gözəl gül göyərdəcək.

Ping bir güldanı yaxşı torpağnan doldurdu və ehtiyatla gül toxumun əkdi. O hər gün ona su verirdi. O dözə bilmirdi ki o toxum göyərsin, boyüsün və bir gözəl gül açsın.
Günlər bir birinin dalıyca geçdilər, amma güldandan bir şey göyərmədi. Ping çox nigaran idi. O bir ayrı yekə güldan tapdı və onu təzə qara torpagnan doldurdu və gül toxumun yeni güldanda əkdi.

İki ayda Ping dözdü, amma yenədə bir xəbər olmadı. Bir il geçdı və toxum göyərmədi.
Yaz gəldi, hamı uşağlar lap yaxşi paltarların geyindilər və getdilər padşahın yanına. Onlar öz gozəl gülləri ilə səhər tezdən saraya gedirdilər ki bəlkə seçilsinlər.

Ping öz boş guldanına görə utanırdı. O özü özunə deyirdi uşağlar ona güləcək, o toxumu əvvəl dəfədən goyərdə bilməyib. Onun ağıllı dostu əlində bir yekə gül gəldi və dedi:




Ping! Sən doğurdan istəmırsən padşahın yanına boş güldannan gedəsən? Sən menim gulum kimi gul goyərdə bimədin?

Ping dedi: "Mən indiyə qədər çox gül becərtmişəm ki sənin gülündəndə gözəl idilər. Ancaq bu toxumdu kı goyərmir".

Pingin atası onun sözün eşidib dedi: "Sən başardığıvı bu toxuma elədin, və sənin elədıklərividə şahın yanına aparmaq üçün yetər".

Ping atasının sözünə baxıb , boş güldanı əlinə alıb və saraya getdi. Padşah bir bir güllərə baxırdı. Nədə gözəl güldülər!

Amma padşah özün tutmuşdu və bır söz demirdi. Hamıdan sonra o Pingin yanına yetişdi. O soruşdu: "Bəs sən niyə boş güldan gətirmisən?"
Ping ağladı və dedi: "Mən sən verən toxumu əkdim və hər gün ona su verdim, amma o goyərmədi. Mən onu bir torpagi yaxşi olan bir güldana qoydum, amma yenədə o göyərmədı! Mən ona bir il baxdım, amma bir şey göyərmədi. Ona görə mən bu gün bir boş güldannan gəlmişəm. Mənim əlimnən gələn bu qədər idi".
Onda ki padşah o sözləri eşitdi, üzü bir gülümsədi. Sonra üzün tutdu hamıya dedi: "Mən o adam ki şah ola bilər tapdım!" O üzün tutdu ayrı uşağlara dedi: "Mən bilmirəm siz bu gullərin toxumun hardan almısınız. O toxumlarki mən sizə vermişdim hamısı bişirilmişdi və onların göyərməsinə imkan yoxdur. Mən Pingin cəsarətini, mənim yanıma düz və boş güldanla gəlməsini çox xoçladım və onun mukafatına bu ölkənin şahlığını verirəm".

  نوشته شده در  چهارشنبه نوزدهم تیر 1387ساعت 12:6  توسط سئوینج  | 
  نوشته شده در  چهارشنبه نوزدهم تیر 1387ساعت 11:55  توسط سئوینج  | 

لاي- لاي دئديم ياتاسان

                قيزيل گوله باتاسان،

                                 قيزيل گولون ايچينده،

                                                شيرين يوخو تاپاسان.


لا- لاي بئشيگيم لا- لاي،

             ائويم- ائشيگيم لا- لاي،

                        سن يات شيرين يوخودا، 

                                     چکيم کئشيگين لا- لاي

  نوشته شده در  شنبه پانزدهم تیر 1387ساعت 23:52  توسط سئوینج  | 

Əkinçinin tapmacası Sizə bu həftə bir nağıl hazırlamışıq adıda “Əkinçinin Tapmacası”dır'əkinçi Kenin Tapmacası (Səslı Nağıl (MP3) سسلی ناغيل)

Uşağlar bu nağıl bir tapmacadır. Sizdən istəyirik ki nağıl başa çatmadan siz bu tapmacanın cavabını tapasınız

Mən bir əkinçiyəm və adım Ken dır. Mənim bir pişiyim, bir kisə buğdam, və bir dənədə ac xoruzum var

Mən istəyirəm ki çayın obiri tayına gedim, amma bir balaca qayığım var və o qayiqnan ancaq onların birini apara bilərəm

Əgər pişiknən xoruz qalsa, əvvəl buğdanı aparsam, onda mənim bu balaca xoruzumu pişik yeyəcək

Əgər əvvəl pişiyi aparsam, xoruznan buğdalar qalsa, onda xoruz buğdalari yeyəcək

Bir baxıram pişiyimə, buğda kisəmə və xoruzuma. Gərək onları bir bir aparam. Amma
Amma kim əvvəl getsin? Bilmirəm! Bəs mən neyleyim
Uşağlar siz Ken ə kömək edə bilərsiniz? Baxın gorun ne edim
Mən qərar qoydum əvvəl xoruzu aparım çayın o tayına. Onu keçirtdim çayın o tayına gəldim

İndi hansını aparım? Yenədə bilmirəm! Bəs mən ne edim
Bu dəfə pişiyi çayın obiri tayına apardım. Amma pişik xoruzu yeyər və mən qalaram pis günə


Yox olmadı, onda əvvəldən başlayım pişiyi, buğda kisəsin və xoruzu çaydan keçirdim

Bu dəfə əvvəl pişiyi apararam çayın o tayına. Yox, yox, yenədə olmaz

Onda xoruz buğdanı yeyər yazıq olaram

Oda olmadı, birdə əvvəldən gərək pişiyi, buğda kisəsin və xoruzu keçirdim çayın o tayına


Bu dəfə əvvəl xoruzu çaydan keçirdərəm. Uşağlar mənə kömək edin indi kimi aparım

İkinci pişiyi aparıram və sonra

Bəli sonra xoruzu götürüb gəlirəm buğda kisəsinin yanına

Gəlib bu tayda buğda kisəsin götürüb xoruzu qayıqdan düşürdürəm yerə

Buğdanı aparıb pişiyin yanına düşürdüb gəlirəm xoruzuda aparıram onların yanına

Heyyyyyyyyy, sonunda tapdığ tapmacanın cavabını
Uşağlar sızdə Ken ə komək etdiniz ya yox
Son

  نوشته شده در  دوشنبه دهم تیر 1387ساعت 18:48  توسط سئوینج  | 

اوشاق

اورهان مراد ( توركیه شاعیری 1989ـ1920)

 

بیر اوشاق آغلاییرسا

آسیادا

آفریقادا

دونیادا

او اوشاق بیزیمدیر

 

آغلایان اوشاقلار گولورسه

آسیادا

آفریقادا

دونیادا

او دونیا هامیمیزیندیر.

 

 


Uşaq

Urhan murad(türküyə şairi 1920-1989)

 

Bir uşaq ağlayırsa

Asyada

Afriqada

Dünyada

O uşaq bizimdir

 

Ağalayan uşaqlar gülürsə

Asyada

Afriqada

Dünyada

O dünya hamımızındır.

 

 

  نوشته شده در  شنبه هشتم تیر 1387ساعت 22:30  توسط سئوینج  | 

لاله

:: رسول رضا

 

قارا خاللی لالهﻳﻢ

قیرمیزی پیالهﻳﻢ

 

یارپاغیم لچك ـ لچك

هم ظریفدیر، هم گؤیچك

 

بیترم دوزده، داغدا

هم آران، هم یایلاقدا

 

قیرمیزی بایراغام من

باخ، گؤررسن رنگیمدن

 

 

 

 

 

Lalə

:: Rəsul Rza

 

Qara xallı laləyəm

Qırmızı piyaləyəm

 

Barmağım ləçək-ləçək

Həm zərifdir, həm göyçək

 

Bitərəm düzdə, dağda

Həm aran, həm yaylaqda

 

Qırmızı bayrağam mən

Bax, görərsən rəngimdən

  نوشته شده در  شنبه هشتم تیر 1387ساعت 22:22  توسط سئوینج  | 

بالاجا قارا بالیق:

«اؤلومله چوخ راحات قارشیلاشا بیلرم، آنجاق تا جانیمدا نفس اولارکن اؤلومدن اوزاقلاشیب یاشامالییام. بونو دا دئمه لییم کی اؤلومله قارشیلاشماغیم چوخ دا اؤنملی دئییل، اؤنملی سی بودور کی یاشاییشیم یا اؤلوموم باشقالارین یاشاییشینا نه تاثیر بوراخاجاق.» 

         :: صمد بهرنگی

------------------------------------  

Balaca Qara balıq:

 

Ölümlə çox rahat qarşılaşa bilərəm, ancaq ta canımda nəfəs olarkən ölümdən uzaqlaşıb yaşamalıyam. Bunu da deməliyəm ki ölümlə qarşılaşmağım çox da önəmli deyil, önəmlisi budur kı yaşayışım ya ölümüm başqaların yaşayışına nə təsir buraxcaq?!

:: Səməd behrəngi


  نوشته شده در  شنبه هشتم تیر 1387ساعت 21:59  توسط سئوینج  | 
  نوشته شده در  جمعه سی و یکم خرداد 1387ساعت 1:7  توسط سئوینج  | 
  نوشته شده در  جمعه سی و یکم خرداد 1387ساعت 0:57  توسط سئوینج  | 
  نوشته شده در  جمعه سی و یکم خرداد 1387ساعت 0:49  توسط سئوینج  | 

  نوشته شده در  جمعه سی و یکم خرداد 1387ساعت 0:45  توسط سئوینج  | 
  نوشته شده در  جمعه سی و یکم خرداد 1387ساعت 0:40  توسط سئوینج  | 
 

سئوینجین گنجه سفری

  نوشته شده در  جمعه سی و یکم خرداد 1387ساعت 0:17  توسط سئوینج  | 

به به نه ک بایرامی نمینین فئندئقلی مئشه سینده

  نوشته شده در  جمعه سی و یکم خرداد 1387ساعت 0:9  توسط سئوینج  | 
سو دئییب دیر منه اولده آنام آب کی یوخ

یوخو اؤیرتدی اوشاقلیقدا منه،خواب کی یوخ

ایلک دفه کی او چؤرک وئردی منه نان دئمه دی

ازلیندن منه دوزدانه،نمکدان دئمه دی

آنام اختر دئمه ییب دیر منه،اولدوز دئییب او

قار دئییب،برف دئمه ییب،دست دئمه ییب،ال دئییب او

منه هئچ واقت بیا سؤیله مه ییب،گل دئییب او
  نوشته شده در  یکشنبه بیست و دوم اردیبهشت 1387ساعت 20:41  توسط سئوینج  | 

  نوشته شده در  سه شنبه هفدهم اردیبهشت 1387ساعت 23:45  توسط سئوینج  | 

 Ulduz

 Ramin Cəhangirzadə

 

Səpilmişəm toxum tək

Mən gecə tarlasında

Bitmişəm çiçək kimi

Qaranlıq havasında

 

Saçım işıq tak parlaq

Parlanmişam gümüş tək

Uçuram göylərdə mən

Qanadlanıb ağ quş tək

 

Hər kim mənə oxşasa

Işıqlanar göylərdə

Mənim kimi yaşasa

Nəğmə olar dillərdə

 

Hər kim mənə xoş baxsa

Qaranlıqda saçilar

Işıqli bir gül kimi

Çiçək açar açılar

 

Har kim mənə xor baxsa

Qaranlıqda boğular

Ürəyində bayquşlar

Yuva salar doğular

 

əbədi bir çırağam

mən ulduzam sönməzəm

həqiqətin uğrunda

öz yolumdan dönməzəm

 

 

  نوشته شده در  یکشنبه یکم اردیبهشت 1387ساعت 2:7  توسط سئوینج  | 

Qoy heç vaxt qırılmayaq

:: Ramin Cəhangirzadə

 

Mən balaca uşağam

Muğanda yaşayiram

Dünya uşaqlarını

Özümə dost sayıram

 

Keşkə bir yer olaydi

Yığışaydıq bir yerə

Oynayıb gülə - gülə

Danışaydıq bir dilə

 

Ancaq hayıf bizləri

Ayrı saldı böyüklər

Hey dava qırğın salıb

Torpaqda qan tökdülər

 

Sevib sevilmək üçün

Gəl heç vaxt ayrılmayaq

Birləşək zəncir təkin

Qoy heç vaxt qırılmayaq

 

 

 

  نوشته شده در  یکشنبه یکم اردیبهشت 1387ساعت 1:45  توسط سئوینج  | 
Azər qızı
    
 
  

A türk qızı səninləyəm sənsən elin şərəf şanı

tarix alqış demiş sənə özlugunu yaxşı tanı

xatırlasan namus üçün gəlin saray verdi canı

həcər anam götdü tüfəng peşman etdi xor baxanı

zeynəb xatın bir kişi tək yardım etdi səttar xanı

bilgi xatın türk anası doğdu oğuz tək oğlanı

bakirilər namus üçün qurbqn etdi canı qanı

sizlər buna dəyər verin düşündürün dörd bir yanı

çıplaqlıqdan költur olmaz a çıplaqlar köküz hanı

sonrasıda soylu igid sevə bilməz soy satanı

türk igidi yanlız sevər şərəf bilən ar qananı

artıx dönün özlüyüzə sevindirin el obanı

 

 

 

  نوشته شده در  جمعه سوم اسفند 1386ساعت 22:2  توسط سئوینج  | 
 

 

 

Odlar Yurdu Mərd , Oğullar Diyarı

 

Nəbi , Babək ,  Koroğlunun Harayı

 

Cənnət Şərbətıdir , Vətən Suları

 

Azərbaycanlıyam , Azər Qızıyam

 

Soruşsalar Kiməm , Haralıyam Mən

 

Azərbaycanlıyam , Azər Qızıyam

 

Atam Qoca Qafqaz , Anamdur Vətən

 

Azərbaycanlıyam , Azər Qızıyam

 

Al BayraQı , Canımnan Azizdir

 

Sənə Məhəbətim , Sonsuz Dənizdir

 

Xalqımın Urəki , Safdır Təmizdir

 

Azərbaycanlıyam , Azər Qızıyam

 

AZƏRBAYCANLIYAM , AZƏR

 QIZIYAM

  نوشته شده در  شنبه بیست و هفتم بهمن 1386ساعت 11:24  توسط سئوینج  | 
  نوشته شده در  شنبه بیست و هفتم بهمن 1386ساعت 11:6  توسط سئوینج  | 
قار آدامی
  نوشته شده در  شنبه بیست و هفتم بهمن 1386ساعت 10:59  توسط سئوینج  | 
  نوشته شده در  شنبه بیستم بهمن 1386ساعت 14:55  توسط سئوینج  | 
 
  POWERED BY BLOGFA.COM